
Layihə haqqında
"İçərişəhər" stansiyasında geri dönüş tuneli və yeraltı avtomobil dayanacağı
Layihə 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteninin infrastrukturunu yeniləmək üçün icra olunur. "İçərişəhər" stansiyasının arxasında yeni dönmə kamerası və çoxsəviyyəli yeraltı avtomobil dayanacağı tikilir.
Dönmə kamerası qatarların təhlükəsiz manevrinə imkan verir və xətt üzrə qatarlararası intervalı azaldır. Pik saatlar üçün ehtiyat qatarlar burada saxlanılacaq. Bütün işlər stansiyanın fəaliyyəti dayandırılmadan aparılır.
Tunel Yeni Avstriya Tunelçilik Metodu (NATM) ilə qazılır: qabaqlayıcı çətirvari borular, qrunt ankerləri, püskürtmə beton və sürüşən metal qəlibli monolit dəmir-beton üzlük.
| Diametr | 16 m |
|---|---|
| Dərinlik | 50 m |
| Qazma svay | 44 ədəd, Ø1 200 mm, dərinlik 50 m |
| Ümumi uzunluq | 449,39 m |
|---|---|
| A tipli tunel | 275,89 m, en kəsiyi 25,52 m² |
| C tipli tunel | 69,02 m, en kəsiyi 102,80 m² |
| T tipli tunel | 6,10 m, en kəsiyi 89,19 m² |
| T13 tipli tunel | 64,60 m, en kəsiyi 157,56 m² |
| Rels | 1 140 m, R50 tipli |
| Yoldəyişən qurğu | 9 dəst |
| Ümumi sahə | 7 795,28 m² |
|---|---|
| Mərtəbə | 6 yeraltı mərtəbə |
| Tutum | 200-dən çox avtomobil |
| İş müddəti | 27.02.2026 – 01.01.2029 |












